“Şərq” qəzetinin keçmiş redaktoru, hazırda "Ayna" qəzetində çalışan Anar Bayramoğlunun 38 yaşı tamam oldu. Sədaqət hissini həyatının
kredosu seçən adamlar bütün dövrlərdə hörmətə layiq yaşayıblar.
Anar
Bayramoğlu jurnalistikadakı yeri, mövqeyi, üslubu, ünsiyyəti ilə sədaqətli
olmağı bacaran imza sahiblərindəndir.
O, illərini
“Şərq”ə bağladı. Qəzetin ən ağır günlərində belə, maddi sıxıntılara baxmayaraq,
həm imzasını qorudu, həm mənəviyyatını, həm də qəzetini. Hazırda "Şərq" yenə Günəşin çıxdığı səmt olaraq parlaqlığını qorumaqdadır. Anar hazırda "Ayna" qəzetinin uğurlarına çalışır.
Ömrünə əbədi
möhür vuran dözülməz günlər də yaşadı. Dözdü, sabaha inanmaqla, hər gecənin
mütləq bir gündüzü olduğuna əminliklə, “gün doğmadan nələr doğar” fəlsəfəsinin
həqiqəti ilə iç-içə yaşadı.
Doğru,
dürüst, vəfalı yaşamağın mübarək, Anar Bayramoğlu!
Mediaekspert.az